"Neftçi" Futbol Akademiyasının U-19 komandasının məşqçisi Vaqif Paşayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
 
Təcrübəli mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib.
 
Qeyd edək ki, Vaqif Paşayev keçən ilin yayından "Neftçi" Futbol Akademiyasında çalışırdı. O, bundan sonra "Zirə"nin əsas komandasında Rəşad Sadıqovun köməkçisi kimi fəaliyyət göstərəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest