Futbol üzrə Bosniya və Hersoqovina yığmasının yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, sözügedən komandanı bundan sonra İvaylo Petev çalışdıracaq.
 
Bu barədə Bosniya və Hersoqovina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 45 yaşlı bolqar mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Petev baş məşqçi postunda Duşan Bajeviçi əvəz edib. Bajeviç 2020-ci ilin noyabr ayında Bosniya və Hersoqovina yığmasından ayrılmışdı. Petev isə daha öncə Bolqarıstan yığmasında, eləcə də “Ludoqorets”, “Levski” (Sofiya), AEL (Limassol), “Dinamo” (Zaqreb) kimi klublarda çalışıb.
 
Bosniya və Hersoqovina yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Fransa, Finlandiya, Ukrayna və Qazaxıstanla eyni qrupda mübarizə aparacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest