Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA-dan təyinat alıb.
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, futzal üzrə Aç-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya – Ermənistan və Serbiya - Bosniya və Herseqovina oyunlarının hakim-inspektoru olacaq.
 
Rusiya - Ermənistan görüşü yanvarın 29-da, digər matç isə fevralın 3-də gerçəkləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest