* I dövrədəki 7 matçda bakılılar 4 xal toplayıb. 1 qələbə qazanıb, 1 heç-heçə edən komanda biri texniki hesab olmaqla 5 dəfə məğlub olub. Bu oyunlarda 6 qol vuran komanda 13 top buraxıb ki, bunun 3-ü texniki nəticəyə görə passivinə əlavə edilib.

Topaz Premyer Liqasında 2018/19 mövsümünün ilk yarısı başa çatıb. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, yüksək dəstədə 4-cü mövsümünü keçirən "Zirə" ilk iki dövrədə 14 qarşılaşma keçirib.

* I dövrədəki 7 matçda bakılılar 4 xal toplayıb. 1 qələbə qazanıb, 1 heç-heçə edən komanda biri texniki hesab olmaqla 5 dəfə məğlub olub. Bu oyunlarda 6 qol vuran komanda 13 top buraxıb ki, bunun 3-ü texniki nəticəyə görə passivinə əlavə edilib.

II tur. 18.08.2018. Zirə - Keşlə - 2:2

Mirsahib Abbasov, 2; Pərdis Fərcad-Azad, 35 // Slavik Alxasov, 53; Andre Klennon, 90+1

III tur. 25.08.2018. Zirə - Sabah - 0:2

Marko Deviç, 2, 30

IV tur. 15.09.2018. Səbail - Zirə - +:-

V tur. 22.09.2018. Zirə - Neftçi - 1:2

Dilan Duventru, 33 // Mirabdulla Abbasov, 6; Qoran Paratski, 52

I turdan təxirə salınan oyun. 26.09.2018. Qarabağ - Zirə - 3:2

Filip Ozobiç, 28 (p.); İnnosent Emeqara, 48, 85 // Mirsahib Abbasov, 56, 82

VI tur. 30.09.2018. Sumqayıt - Zirə - 1:0

Adil Nağıyev, 16 (ö.q)

VII tur. 05.10.2018. Zirə - Qəbələ - 1:0

Miloş Radivoyeviç, 86

* II dövrədə daha çox – 6 xal toplayan "Zirə" 1 qələbə qazanıb, 3 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Rəqib qapısına 6 qol vuran komanda 12 top buraxıb.

VIII tur. 21.10.2018. Keşlə - Zirə - 1:0

Adil Nağıyev, 2 (ö.q)

IX tur. 27.10.2018. Sabah - Zirə - 2:1

Məqsəd İsayev, 45+1; Cavid İmamverdiyev, 90+2 // Tellur Mütəllimov, 73

X tur. 04.11.2018. Zirə - Səbail -0:0

XI tur. 10.11.2018. Neftçi - Zirə - 2:2

Baqali Dabo, 36; Mirabdulla Abbasov, 80 // Tellur Mütəllimov, 76; Vüsal İsgəndərli, 83

XII tur. 25.11.2018. Zirə - Sumqayıt - 3:1

Aleksandr Dedov, 36, 74; Bilal Həmdi, 90+6 // Əfran İsmayılov, 45+3

XIII tur. 02.12.2018. Qəbələ - Zirə - 0:0

XIV tur. 09.12.2018. Zirə - Qarabağ - 0:6

Dani Kintana, 29, 34, 57; Mahir Mədətov, 42; Markos Madera, 82; İlkin Qırtımov, 90+2 (ö.q.)

* ümumilikdə ilk yarının 14 matçında "Zirə" 2 qələbə qazanıb, 4 heç-heçə edib və 8 məğlubiyyət alıb. Paytaxt təmsilçisi qış fasiləsinə qədər 10 xal toplayıb.

* Nəticəsi ləğv olunan və texniki məğlubiyyətin verildiyi "Səbail" – "Zirə" matçı nəzərə alınmasa, 13 oyunda 34 qol vurulub. ümumilikdə meydan sahibləri 16, qonaqlar 18 dəfə fərqlənib.

* 12 qol vuran "Zirə"nin məhsuldarlığı 0,92-yə bərabərdi. 22 top buraxan komanda hər matçda 1,69 qola üzülüb.

* "Zirə" hər iki qələbəsini evdə qazanıb. öz meydanında keçirdiyi 7 görüşdə 2 heç-heçə və 3 məğlubiyyəti də olan komanda 7 qol vurub və 13-nü buraxıb. Komanda öz meydanındakı nəticəyə görə Premyer Liqada 5-cidi.

* Səfərdə qələbəsi olmayan "Zirə"nin hesabında 2 heç-heçə və 5 məğlubiyyət var. 5 qol vuran komanda texniki nəticəni saymasaq 9 top buraxıb.

* Nəticəsi ləğv olunan matçı saymasaq, 13 oyunu 8100 tamaşaçı izləyib. ümumi orta göstərici 623-ə bərabərdi.

* Komanda 7 ev oyununu 3 müxtəlif arenada keçirib. "Dalğa Arena"da rəqiblərini 5 dəfə qəbul edən "Zirə" "Bakcell Arena" və "AZAL Arena"da da ev sahibi olub. Bu 7 matçı 2450 tamaşaçı izləyib. Orta hesabla hər görüşdə 350 seyrçi olub.

* 6 səfər qarşılaşmasını 5650 azarkeş seyr edib. Orta göstərici 942-yə bərabərdir.

* Mövsümün ilk yarısında "Zirə" 1 qırmızı, 41 sarı vərəqə alıb. Komandanın rəqibləri 1 qırmızı və 28 sarı ilə cəzalanıb.

* Sarı vərəqələrdən 18-i ev, 23-ü və 1 qırmızı vərəqə səfər matçına təsadüf edib. Rəqiblər isə "Zirə"nin meydanında 1 qırmızı və 13 sarı, öz evlərində 15 xəbərdarlıqla cəzalanıb.

* 13 oyunda yalnız 2 penalti təyin olunub. Hər ikisi "Qarabağ"la oyunlara təsadüf edib. İlk dövrədə qol qeydə alınıbsa, ikinci matçda zərbə qolla nəticələnməyib.

* "Zirə"nin futbolçuları 2 dubla imza atıb. Komandanın heyətində Mirsahib Abbasovla Aleksandr Dedov fərqlənib. Onlar müvafiq olaraq "Qarabağ" və "Sumqayıt"la görüşlərdə dubl müəllifi olublar.

* "Zirə"nin matçlarında 3 avtoqol qeydə alınıb. Hər üç halda futbolçular uğursuzluq yaşayıb. İki dəfə üzülən Adil Nağıyev səfər matçıarında, İlkin Qırtımov ev oyununda öz qapısına qol vurub.

* Yeganə böyükhesablı nəticə XIV turda yaşanıb. "Zirə" öz meydanında "Qarabağ"a uduzub – 0:6.

* "Zirə" oyunların ikinci hissəsində daha yaxşı oynayıb. İlk 45 dəqiqədə 4 qol vurub 12-ni buraxan bakılılar fasilədən sonra 8 qol vurub 10-nu buraxıb.

* Komanda öz meydanında keçirdiyi oyunların I hissəsində 4:7, fasilədən sonra 3:6 hesabı ilə uduzub. Səfərdə isə 0:5 və 5:4 olub.

* "Zirə"nin oyunlarında ən çox qeydə alınan hesab 1:0-dı. Bu hesabla 1 qələbə qazanan komanda iki dəfə uduzub. 0:0, 2:2 və 2:1 hesablarına iki dəfə təsadüf olunub. 2:0, 3:1, 3:2 və 6:0 hesabları isə bir dəfə qeydə alınıb.

* Mövsümün ilk yarısında "Zirə"ni meydana iki baş məşqçi çıxarıb. İlk iki oyunda Ayxan Abbasovun rəhbərliyi altında 1 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb. Top fərqi 2:4 olub. Samir Abasovun rəhbərliyi altındakı 12 görüşdə 2 qələbə, 3 heç-heçə və biri texniki olmaqla 7 məğlubiyyət yaşanıb. Onun baş məşqçiliyi müddətində komanda 10 qol vurub və 18-ni buraxıb. Daha 3 top isə texniki yolla əlavə edilib.

* Ən uğursuz seriya III-IV turları əhatə edib. İlk turdan təxirə salınan oyunun da keçirildiyi bu müddətdə komanda texniki nəticə ilə birlikdə ardıcıl 5 məğlubiyyət alıb.

* Ən uğurlu seriya X-XIII turlar arasında olub. Məğlubiyyətsiz keçirilən müddətdə "Zirə" 1 qələbə və 3 heç-heçəyə imza atıb.

* "Zirə" mövsümün ilk yarısında 3 quru oyun keçirib. Futbolçular isə 13 oyundan 6-da qol vura bilməyib.

* Nəticəsi qeydə alınan 13 oyunu 8 baş hakim idarə edib. Vüqar Həsənli 3, Rauf Cabbarov, Əliyar Ağayev, İnqilab Məmmədov hərəyə 2, Səbuhi Bayramov, Rəhim Həsənov, Orxan Məmmədov və Ramil Diniyev 1 dəfə "Zirə"nin görüşünün baş hakimi olub.

* Rəşad Əhmədovun idarə etdiyi "Səbail" – "Zirə" matçının nəticəsi (1:1) isə protokola gənc futbolçunun adının daxil edilməməsi üzündən ləğv olunub. Vərəqələr istisna olmaqla qarşılaşmanın bütün göstəriciləri silinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest