Futbol üzrə Fransa çempionatında 21-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.
 
Lion “Olimpik”i bu turda “Sent-Etyen”in qonağı olub və 5 cavabsız qolla qalib gəlib.
 
“Lill” isə “Renn”in qonağı olub və minimal hesabla üstün olub.
 
Bu tur keçirilməli olan “Nim” – “Loryan” matçı “Loryan”ın bir neçə futbolçusunda koronavirus aşkarlandığı üçün tərixə salınıb.
 
Fransa Liqa 1
21-ci tur
22 yanvar
 
PSJ – Monpelye 4:0
Qol: Mbappe, 34; 63. Neymar, 60. İkardi, 61.
 
23 yanvar
 
Lans – Nitsa 0:1
Qol: Atal, 49.
 
Monako – Olimpik (Marsel) 3:1
Qol: Maripan, 47. Tçuameni, 75. Yovetiç, 90+2 – Radonyiç, 12.
 
24 yanvar
 
Bordo – Anje 2:1
Qol: Huanq, 8; 11 – Fulqini, 39.
 
Dijon – Strasburq 1:1
Qol: Kulibali, 63 – Ayorke, 51.
 
Mets – Nant 2:0
Qol: Leya, 35. Bulaya, 90+3.
 
Reyms – Brest 1:0
Qol: Mbuku, 40.
 
Renn – Lill 0:1
Qol: David, 16.
 
Sent-Etyen – Olimpik (Lion) 0:5
Qol: Kadevere, 16; 68. Marselo, 36; 59. Buanqa, 82-öz qapısına.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest