“Keşlə”nin yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Matc.az xəbər verir ki, klubun İdarə Heyətinin qərarına əsasən, komandanı bundan sonra Sənan Qurbanov çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 40 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
 
Qeyd edək ki, Sənan Qurbanov buna qədər 2018-2019-cu illər mövsümündə Qəbələ”nin baş məşqçisi olub. O, ötən gün istefa verən Yunis Hüseynovu əvəz edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest