"Lion"un yarımmüdafiəçisi Nabil Fekir İspaniyaya köçə bilər. Matç.az-ın "Marca"ya istinadən məlumatına görə, ulduz futbolçu "Real"ın maraq dairəsinə düşüb.

Madrid təmsilçisi 25 yaşlı futbolçunun özü və klubu ilə danışıqlara başlayıb. "Lion"la müqavilə müddəti 2020-ci ilin yayına qədər olan Fransa millisinin üzvünü həmçinin "Çelsi" və "Bavariya" da istəyir. "Barselona" artıq Fekirin keçidindən imtina etdiyindən, İspaniyadan yalnız "Real" onun xidmətində maraqlı qalıb.

Qeyd edək ki, Nabil Fekir bu mövsüm 16 matçda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest