Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınmış "Qarabağ" - "Səbail" görüşünün bütün təyinatları müəyyənləşib.

Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınmış "Qarabağ" – "Səbail" görüşünün bütün təyinatları müəyyənləşib.
 
Matc.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, sabah keçiriləcək qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq.
 
"Qarabağ" Premyer Liqada 26 xalla 2-ci, "Səbail" isə 13 xalla 6-cı sıradadır.
 
Azərbaycan Premyer Liqası
5-ci turun oyunu
28 yanvar
 
16:00. Qarabağ – Səbail
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Bakı. "Azersun Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest