“Beşiktaş” yarımmüdafiəçisi Atakan Üneri icarəyə verib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi 21 yaşlı futbolçunu TFF 1-ci liqa klubu “Ümraniyəspor”a icarəyə göndərib.
 
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Üner mövsümün sonuna kimi 1-ci liqada çıxış edəcək.
 
Türkiyənin gənclərdən ibarət yığmasının da üzvü olan Atakan Üner, 2020-ci ildə “Beşiktaş”a transfer olunsa da, İstanbul təmsilçisində əsas heyət üzvünə çevrilə bilməyib. Yarımmüdafiəçi daha öncə “Dənizlispor”, “Sarayköy” və “Altınordu” klublarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest