21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2023-cü ildə Rumıniya və Gürcüstanda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılb.
 
Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində onlayn formatda təşkil olunan tədbirdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.
 
Milan Obradoviçin başçılıq etdiyi komandamız Finlandiya, Estoniya, Norveç, Avstriya, Xorvatiya seçmələri ilə birlikdə A qrupunda mübarizə aparacaq.
 
Seçmə mərhələnin oyunları bu ilin martında başlayacaq və 2022-ci ilin iyununda başa çatacaq.
 
A qrupu: Azərbaycan, Finlandiya, Estoniya, Norveç, Avstriya, Xorvatiya
 
B qrupu: Latviya, Macarıstan, San Marino, İsrail, Polşa, Almaniya
 
C qrupu: Litva, Malta, Şimali İrlandiya, Slovakiya, Rusiya, İspaniya
 
D qrupu: Kipr, Lixtenşteyn, Belarus, Yunanıstan, İslandiya, Portuqaliya
 
E qrupu: Moldova, Cəbəllütariq, Uels, Niderland, İsveçrə, Bolqarıstan
 
F qrupu: Monteneqro, Lüksemburq, Bosniya və Herseqovina, İtaliya, İsveç, İrlandiya
 
G qrupu: Kosovo, Andorra, Albaniya, İngiltərə, çexiya, Sloveniya
 
H qrupu: Farer adaları, Ermənistan, Şimali Makedoniya, Fransa, Serbiya, Ukrayna
 
I qrupu: Qazaxıstan, Şotlandiya, Danimarka, Belçika, Türkiyə

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest