Futbol üzrə Yunanıstan millisinin hücumçusu Kostas Mitroqlunun yeni ünvanı bilinib.
 
Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu "Aris" klubuna keçib.
 
Bu barədə Yunanıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mitroqlu ilə 1,5 illik müqavilə imzalanıb.
 
Mitroqlu daha əvvəl İngiltərədə "Fulhem", Portuqaliyada "Benfika", Türkiyədə "Qalatasaray", Niderlandda PSV, Yunanıstanda "Olimpiakos" və "Atromitos" kimi klublarda forma geyinib. Hücumçu son olaraq Fransa "Marsel"inin uğurları üçün çalışıb.
 
Mitroqlu Yunanıstan yığmasında 65 oyunda 17 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest