Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 4-də Bakıda, martın 9-da isə Çoreskuda Moldova yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.
 
Matc.az xəbər verir ki, fevralın 25-dən Bakı İdman Sarayında hazırlıq keçəcək millimizin düşərgəsinə 18 futzalçı dəvət olunub:
 
1. Rövşən Hüseynli - Araz
2. Emin Kürdov - EKOL
3. Ramiz Çovdarov - Araz
4. Rizvan Fərzəliyev - Araz
5. İsa Atayev - Araz
6. Xətai Bağırov - Araz
7. Hadi Ahmadi - Araz
8. Amir Şocaei - Araz
9. Fineo De Arauxo - Araz
10. Oqtay Rüstəmli - Neftçi
11. Tofiq Mikayılov - EKOL
12. Cavad Məmmədov - Neftçi
13. Samir Həmzəyev - EKOL
14. Rafael Vilela - Palma Futsal (İspaniya)
15. Teles Martins Tyaqo “Bonilla” - Salines Tuzla City (Bosniya və Herseqovina)
16. Oliveira Villiams “Vassoura” - klubsuz
17. Eduardo Borges - ACCES (Fransa)
18. Everton Kardoso “Qalo” - Levante (İspaniya)
 
Qeyd edək ki, Oliveira Villiams, Eduardo Borges, Everton Kardoso, Teles Martin Tyaqo və Rafael Vilela komandaya fevralın 28-dən sonra qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest