“Bu qarşılaşma bizim üçün böyük bir sınaqdı”. Matc.az xəbər verir ki, bunu “Çelsi”nin ba. Məşqçisi Tomas Tuxel deyib.

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” ilə ilk oyunu barədə danışan Tuxel bildirib ki, komandası öz stilində oynayacaq: “Rəqib bu səviyyədə böyük təcrübəyə və çox təcrübəli bir məşqçiyə sahib komandadı. Ümid edirəm ki, bu matç bizi ən yaxşı oyunumuzu göstərməyə məcbur edəcək. Biz öz stilimizdə oynayacağıq, rəqib isə özünəməxsus şəkildə. “Atletiko” ilə dueldə nə əldə etdiyimizi hər kəs başa düşür”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest