 
 
	İspaniyanın "Sevilya" klubunun yarımmüdafiəçisi İvan Rakitiç UEFA Uşaq Fondunun ilk rəsmi səfiri seçilib.
	Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
	Xorvatiya yığmasının sabiq üzvü fondun tədbirlərində iştirak edəcək, qurumun uşaqların həyatını yaxşılaşdırmaq üçün gördüyü işləri təbliğ edəcək.
				
         	
                                             
               
 
             
 















