Futbol üzrə Braziliya A Seriyasında sonuncu - 38-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, bu matçlardan sonra çempionun da adına aydınlıq gəlib.
 
“Flamenqo” sonuncu turda “San-Paulo” ilə ev oyunundan 1:2 hesablı məğlubiyyətlə ayrılmasına baxmayaraq, qızıl medallara sahib çıxıb. Buna onun ən yaxın izləyicisi “İnternasional”ın “Korintians”la ev oyunundan qolsuz heç-heçəylə ayrılması şərait yaradıb.
 
Beləliklə, “Flamenqo” 71 xalla birinci, “İnternasional” 70 xalla ikinci yeri tutub. “Atletiko Mineyro” isə 68 xalla bürünc medallara yiyələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest