Almaniya Bundesliqasının 23-cü turu çərçivəsində baş tutan “Arminiya” ilə oyun Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Ceydon Sanço üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, 20 yaşlı futbolçu 3:0 hesabıyla qalib gəldikləri bu matçda bir qol vurub, bir məhsuldar ötürmə edib.
 
Bununla da Sanço Bundesliqa çərçivəsində məhsuldar ötürmələrinin sayını 50-yə çatdırıb. Ceydon Almaniya çempionatı tarixinin 50 məhsuldar ötürmə edən ən gənc futbolçusuna çevrilib. Ondan öncə heç bir oyunçu bu yaşda 50 qol ötürməsi edə bilməyib.
 
Sanço bu mövsüm “Borussiya” ilə 30 oyuna çıxıb, 11 qola imza atıb, 16 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest