Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində üz-üzə gələcək İngiltərənin “Tottenhem” və Xorvatiyanın “Dinamo” (Zaqreb) klublarının ev oyunlarının yerini dəyişdirilib.
 
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Yeni qərara əsasən, bu komandalar arasındakı ilk görüş Londonda, cavab matçı isə Zaqrebdə keçiriləcək.
 
Qeyd edək ki, Avroliqanın 1/8 finalının fevralın 26-da atılmış püşkünə əsasən, birinci qarşılaşma Xorvatiyanın paytaxtında təşkil olunmalı idi.
 
Beləliklə, “Tottenhem” – “Dinamo” görüşü martın 11-də Londonda keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Martın 18-də Zaqrebdə baş tutacaq cavab görüşünün start fiti saat 21:55-də səslənəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest