Türkiyənin “Rizəspor” klubu baş məşqçi Marius Şumudiça ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Rumın mütəxəssis yanvarın 25-də “Rizəspor”a baş məşqçi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında 7 oyuna çıxıb, cəmi 3 heç-heçəyə nail olduğu halda, 4 qarşılaşmadan məğlub ayrılıb.
 
“Rizəspor” bu mövsüm Super Liqada 27 oyuna topladığı 28 xalla 16-cı pillədə qərarlaşıb. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest