İspaniyanın "Real" klubu daha bir ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Mariano Dias zədələnib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu zədə səbəbindən La Liqanın 26-cı turu çərçivəsində "Atletiko"ya qarşı səfər matçında forma geyinə bilməyəcək.
 
Diasın bərpa müddəti açıqlanmayıb. 2018-ci ildən "Real"da çıxış edən hücumçu bu mövsüm 15 oyunda 1 qol vurub.
 
Qeyd edək ki, "Atletiko" – "Real" matçı martın 7-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest