PSJ komandasında bir müddətdir zədəli olan Neymar artıq məşqlərə başlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
 
Xəbərdə, braziliyalı hücumçunun çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" ilə cavab oyununda iştirak edə biləcəyi bildirilir.
 
Neymar, zədə səbəbindən komandalar arasındakı ilk oyunu buraxmışdı. Sözügedən matçda PSJ səfərdə "Barselona"nı 4:1 hesabıyla məğlub etmişdi.
 
PSJ – "Barselona" oyunu martın 10-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest