Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib.
 
Matc.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə, 29 mart-4 aprel aralığında 2264 nəfərdən götürülmüş koronavirus testlərindən birinin nəticəsinin müsbət olduğu bildirilib.
 
Koronavirusa yoluxan şəxsin adı açıqlanmayıb və o, 10 günlük karantinə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest