İspaniya La Liqasının 30-cu turu çərçivəsində sabah keçiriləcək "Real" – "Barselona" matçının baş hakimi dəyişib.
 
Matc.az xəbər verir ki, "el klasiko"nu Antonio Mate Laos deyil, Xesus Gil Mansano idarə edəcək.
 
Bu barədə İspaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Daha əvvəl görüşün baş hakimi təyin olunan Laos zədə səbəbindən matçı idarə edə bilməyəcək.
 
Sabah keçiriləcək "Real" – "Barselona" matçı saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest