"Nyukasl"ın sabiq futbolçusu Stiven Teylorun adı seks qalmaqalında hallanır. Matç.az saytı xəbər verir ki, bu məlumat "Dumanlı Albion"da böyük səs-küyə səbəb olub.

ötən yay Avstraliyanın "Vellinqton Feniks" klubuna keçən müdafiəçinin sevgilisi Diana Adomatisi aldatdığı məlum olub. "Sun" nəşrinə açıqlama verən Adomatis ötən ilin oktyabrında Yeni Zelandiyaya, sevgilisinin yanına getdiyini və orda başqa qadından şok mesaj aldığını söyləyib.

22 yaşlı gözəl xanım avstraliyalı bir modeldən bu mesajı aldığını deyib: "Sevgilin Stiven Teylorun lənətə gəlmiş yalançı olduğunu bilməyini istəyirəm. Səndən əvvəl onunla mən sevişdim". Adomatis eyni zamanda Teylorun da avstraliyalı modelə "WhatsApp"dan yazdığı "Sabahın xeyir, gözəl ayaqlı xanım, nə edirsən? Bu gün gözəl bədənini hiss etmək istərdim", - mesajı görüb.

Adomatis 32 yaşlı futbolçunun onu da "gözəl ayaqlı" deyə çağırdığını bildirib: "Onun okeana tərəf olan evinin hər yerinə sevişirdik. Stivenə aşiq idim. Ancaq məndən ikinci bir şans istəməsinə baxmayaraq, onu tərk etdim. Mənə həyat yoldaşı olduğumu deyirdi. Bunların həqiqət olduğunu düşünürdüm, hamısı yalan imiş".

Qeyd edək ki, Stiven Teylor 2003-2016-cı illərdə "Nyukasl"ın heyətində 250-dən çox oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest