28 May 2021, 10:08
                
                
                
                                TOP OYUNLARI 
                                
                
               
              
				  
 
	Qızıl Avropa Liqasında iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Rumıniyanın "Horia Demian" idman zalında son məşqinə çıxıb.
	Matc.az xəbər verir ki, A qrupunda mübarizə aparacaq yığmamız bu gün 21:00 da ilk rəsmi görüşünü İspaniya millisinə qarşı keçirəcək. 
	Voleybolçularımız Qızıl Avropa Liqasına hazırlıq mərhələsində vaxtın az olmasına baxmayaraq, təlim-məşq toplanışı çərçivəsində 2 yoldaşlıq görüşü də keçirib. 
	Komandamız Qızıl Avropa Liqasının A qrupunda Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar. 
	Qeyd edək ki, Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3  qrupda mübarizə aparacaq. İki dövrədən ibarət olacaq oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. B qrupunun iştirakçısı olan Bolqarıstan yığması finala vəsiqə qazanan komandalar arasında yer tutmazsa, o, həlledici mərhələyə qrup birinciləri ilə birgə ev sahibi kimi qatılacaq.  
	Qızıl Avropa Liqası 
	A qrupu
	I dövrə, Rumıniya 
	28.05.21
	21:00. İspaniya – Azərbaycan 
	29.05.21
	18:00. Azərbaycan – Rumıniya
	30.05.21
	21:00. Fransa – Azərbaycan
	II dövrə, Fransa
	04.06.21
	19:00. İspaniya – Azərbaycan
	05.06.21
	22:00. Fransa – Azərbaycan
	06.06.21
	17:00. Azərbaycan – Rumıniya
				
         	
                                             
               
 
             
 















