"Seçmə mərhələni qələbə ilə başa vurmaq gələcək üçün çox önəmlidi". Matç.az xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət İsveç millisinin baş məşqçisi Erik Dalkvist deyib.

Avropa çempionatının seçmə mərhələsinin son turunda Azərbaycanı 3:0 hesabı ilə məğlub edən skandinaviyalıların çalışdırıcısı oyun barədə fikirlərini açıqlayıb: "Bu komanda üçün qələbə çox vacib idi. Biz qurduğumuz taktikaya uyğun oynadıq. Doğma divarlar arasında azarkeşlərimizə nəyə qadir olduğumuzu göstərdik. Şübhəsiz ki, biz son aylarda göstərdiyimizdən daha güclüyük və daha artığını bacara bilərik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest