12 İyul 2021, 15:11
                
                
                
                                TOP OYUNLARI 
                                
                
               
              
				  
 
	İyunun 28-dən iyulun 11-dək Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışı keçən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıya qayıdıb. Matc.az xəbər verir ki, yığmamız Avropa çempionatına hazırlığı iyulun 26-na kimi paytaxtda davam etdirəcək.
	Millimiz Bakıda hazırlığın gedişində ölkəmizdə toplanış keçəcək Belarus və Macarıstan komandaları ilə bir neçə yoldaşlıq görüşü də keçirəcək. 
	Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək olacaq Avropa çempionatının final mərhələsində 24 komanda, 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq. Yığmamız görüşlərini Serbiyanın paytaxtı Belqradda keçirəcək. 
	Oyunlarımızın təqvimi
	20 avqust
	17:00. Azərbaycan - Belçika
	21 avqust
	18:00. Azərbaycan – Bosniya və Herseqovina
	22 avqust
	17:00. Rusiya – Azərbaycan
	24 avqust
	20:00. Azərbaycan - Serbiya
	25 avqust
	17:00. Fransa – Azərbaycan
				
         	
                                             
               
 
             
 















