Bu, ABŞ basketbolçularının Olimpiadalarda qazandıqları ardıcıl 4-cü, ümumilikdə isə 19-cu qızıl medaldı.

Tokio Yay Olimpiya Oyunlarında kişi basketbolçuların mübarizəsində qalib müəyyənləşib. Matc.az xəbər verir ki, final görüşündə ABŞ və Fransa milliləri üz-üzə gəlib. Sözügedən komandaların qrup mərhələsindəki duelindən fransızlar qalib ayrılmışdı. Bu səfər ABŞ sürprizə imkan verməyib. Rəqibini 87:82 hesabı ilə üstələyən amerikalılar qızıl medala sahib çıxıblar. Qarşılaşmanı 29 xalla tamamlayan Kevin Dyurant qələbədə önəmli rol oynayıb.
 
Tokio-2020
Basketbol (kişilər), final
 
ABŞ - Fransa - 87:82
 
Bu, ABŞ basketbolçularının Olimpiadalarda qazandıqları ardıcıl 4-cü, ümumilikdə isə 19-cu qızıl medaldı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest