Asiya kubokunda daha iki qrupda mübarizəyə yekun vurulub. Matç.az saytının məlumatına görə, əvvəlcə C qrupundan növbəti tura yüksələnlər bəlli olub.

Ən maraqlı oyun buna qədər heç vaxt məğlub olmayan Cənubi Koreya ilə çin arasında olub. Koreyalılar 2:0 hesablı qələbə qazanaraq maksimum nəticə ilə növbəti mərhələyə yüksəliblər. İki qələbə qazanan çin ikinci olub.

Qırğızıstan – Filippin oyunu isə birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

D qrupunda da son oyunlar qrup liderliyi baxımdan önəmli olub. İran – İraq qarşılaşmasında qol olmayıb. Hər iki komandanın 7 xalı olsa da, cənub qonşularımız top fərqinə görə birinci, ərəblər isə ikinci yerlə növbəti mərhələyə keçiblər.

Vyetnam – Yəmən oyunu isə ərəblərin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qırğızıstan və Vyetnam ən yaxşı üçüncü kimi pley-offa yüksəlmək şansını saxlayır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest