İtaliya Super Kuboku uğrunda görüşdə "Yuventus" "Milan"la qarşılaşıb. Matç.az saytının məlumatına görə, "qoca sinyora"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdən sonra turnililər maraqlı sürprizlə qarşılaşıblar.

Belə ki, dünya şöhrətli boksçu Floyd Mayvezer matç başa çatdıqdan sonra "Yuventus"un paltardəyişmə otağında yollanıb.

Futbolçularla görüşən və onları təbrik edən atlet ardınca kubokla və oyunçuların bəziləri ilə şəkil çəkdirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest