İspaniya "Sevilya"sı yeni futbolçusunu təqdim edib. Matç.az xəbər verir ki, Primera təmsilçisi Hollandiya "Ayaks"ının müdafiəçisi Maksimilian Veberi heyətinə qatıb.

20 yaşlı avstriyalı yayda almaq hüququ ilə icarəyə götürülüb. Onun qiyməti 11 milyon avrodu. Onunla müqavilə 2023-cü ilin yayına qədər bağlanılıb.

Qeyd edək ki, Avstriya millisinin gənc müdafiəçisi cari mövsümdə 16 oyunda 2 qol ötürməsi verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest