Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Şotlandiyanın “Seltik” komandası doğma meydanda Niderland “Alkmaar”ı ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

Pley-off mərhələsinin digər oyunları 19 avqustda keçiriləcək. 3-cü mərhələdə “Neftçi”ni mübarizədən kənarlaşdıran Finlandiyanın HJK komandası bu mərhələdə “Fənərbaxça” ilə qarşılaşacaq. Türkiyənin digər təmsilçilərindən “Qalatasaray”ın rəqibi isə Danimarka “Randers”i olacaq.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” pley-offda Çexiyanın “Slaviya” komandası ilə üz-üzə gələcək.

Avropa Liqası
Pley-offun ilk oyunları
17 avqust

Srvena Zvezda (Serbiya) – ÇFR Kluj (Rumıniya) 4:0

18 avqust

Seltik (Şotlandiya) – Alkmaar (Niderland) 2:0

19 avqust

21:00. Slaviya (Praqa, Çexiya) – Legiya (Polşa)
21:00. Omoniya (Kipr) – Antverpen (Belçika)
21:00. Randers (Danimarka) – Qalatasaray (Türkiyə)
22:00. Mura (Sloveniya) – Şturm (Avstriya)
22:45. Fənərbaxça (Türkiyə) – HJK (Finlandiya)
23:00. Olimpiakos (Yunanıstan) – Slovan (Slovakiya)
23:00. Reyncers (Şotlandiya) – Alaşkert (Ermənistan)
23:00. Rapid (Avstriya) – Zarya (Ukrayna)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest