"Rəqibimiz Azərbaycanın yüksək liqa klubu idi. Biz bu komanda ilə görüşdə qollar vurmalıydıq". Matç.az xəbər verir ki, bunu Macarıstanın "Aqvital" klubunun baş məşqçisi İştvan Şiyarlo deyib.

O, Antalyada "Səbail"ə qarşı keçirilən yoxlama oyunundakı 2:3 hesablı məğlubiyyətə şərh verib: "Yaxşı vəziyyətlər yaratdıq, iki qol vurduq. Amma sonda qol buraxaraq uduzmağımız üzücüdü. Ən pisi odu ki, öz diqqətsizliyimizdən qollar buraxdıq. Təkrarlanan səhvləri aradan qaldırmağımız yaxşı olardı. Bunu saymasaq, oyun planında hər şey yaxşıdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest