"Yaxşı komandalarla qarşılaşmalarda toplu rəqibə qarşı daha çox oynamalı oluruq". Matç.az xəbər verir ki, bunu Almaniyanın "Meppen" klubunun baş məşqçisi Kristian Neydhard deyib.

3-cü liqa təmsilçisinin çalışdırıcısı "Qəbələ" ilə Antalyadakı yoxlama oyunu barədə fikirlərini bildirib: "Biz də məhz belə durumlarda daha yaxşı olmağa çalışırıq. Rəqib çox aqressiv idi. Amma bizim komanda da yaxşı oyun göstərdi. Təbii ki, küləkli havanın çətinlik yaratdığını etiraf etməliyik. Belə havada bundan artığı alınmazdı. Bu üzdən də ümumi oyundan tamamilə razyam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest