Portuqaliyanın "Porto" klubunun braziliyalı futbolçusu Militao komandasını dəyişməyə yaxındı. Matç.az xəbər verir ki, 20 yaşlı müdafiəçinin nümayəndələri İspaniya "Real"ı ilə danışıqlar aparır.

Tərəflər Militaonun Madrid klubuna keçidini müzakirə ediblər. Lakin futbolçunun özü İngiltərə Premyer Liqasında oynamaq istəyindədi. MY, "çelsi" və "Liverpul" variantlarının alınmasını gözləyən braziliyalı "Porto"dan ayrılmağını dəqiqləşdirib.

Qeyd edək ki, Portuqaliya klubu futbolçunun keçidindən ən azı 50 milyon avro qazanmaq niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest