Son qitə çempionu Avstraliya üzərində qələbə ilə qrup qalibi olan asiyalılar artıq ən azı 14 pilləlik irəliləyişi təmin edib. 109-cu yerdən 95-ci pilləyə sıçrayacaq İordaniya Azərbaycan millisinin də mövqeyini dəyişəcək.

Fevralın 7-də açıqlanacaq 2019-cu ilin ilk FİFA reytinqində bəzi dəyişikliklər olacaq. Matç.az xəbər verir ki, buna səbəb Birləşmiş Ərəb Əmirliklərində keçirilən Asiya kuboku, həmçinin azsaylı yoldaşlıq oyunlarıdı.

Artıq bəzi yığmaların irəliləyəcəyi dəqiqləşib. Bunlardan biri də qrup mərhələsini 1-ci yerdə başa vuran İordaniya millisidi.

Son qitə çempionu Avstraliya üzərində qələbə ilə qrup qalibi olan asiyalılar artıq ən azı 14 pilləlik irəliləyişi təmin edib. 109-cu yerdən 95-ci pilləyə sıçrayacaq İordaniya Azərbaycan millisinin də mövqeyini dəyişəcək.

Belə ki, hesabat dövründə heç bir oyunu olmayan yığmamız 1 pillə geriləyəcək. Komandamız 1206 xalla 108-ci yerdə qərarlaşacaq. Qazanılan 59 xalla aktivini 1255-ə çatdıran iordaniyalılar təkcə millimizi deyil, "qonşularımız"ı da geriləməyə vadar edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest