"Marsel"in futbolçusu Dmitri Paye karyerasını çində davam etdirməyə yaxındı. Matç.az xəbər verir ki, 31 yaşlı hücumçu "Şanxay Sipq"ə keçə bilər.

Asiya təmsilçisi "Vest Hem"də çıxış edən Marko Arnautoviçi transferini reallaşdıra bilmədiyindən diqqətini fransalıya yönəldib. Şanxaylılar Payeyə həftədə 200 min funt sterlinq maaş verməyə hazırdı.

Qeyd edək ki, Paye cari mövsümdə 25 oyunda 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest