"İlk oyunumuz idi. Məlum səbəblərə görə bir az planımızda dəyişiklik oldu". Matç.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov deyib.

Rumıniya təmsilçisi "Voluntari" ilə yoxlama matçından sonra mütəxəssis görüş barədə fikirlərini klubun mətbuat xidmətinə səhifəsinə açıqlayıb: "Yağışlı havaya görə ilk oyunumuz baş tutmadı. Deməzdim ki, bütün işimizə əngəl törətdi. Amma çox oyun keçirmək bir çox suallara aydınlıq gətirir. Hazırlığımız yaxşıdı. Bu gün komandam meydana yorğun halda çıxdı. Bu da bizim planımız idi. Bilmək istəyirdik ki, futbolçular meydanda yorğun halda nə fikirləşir. Bu, maksimumuz deyil. Birinci hissədə səhvlərimiz oldu. Görüləsi çox işimiz var. Amma bəzi müsbət nüanslar var idi. çatışmazlıqlar zamanla düzələcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest