Futbol üzrə Avropa Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub. Matc.az xəbər verir ki, Niderlandın PSV klubunun yarımmüdafiəçisi Mario Götse bu həftənin ən yaxşısı seçilib.
 
O, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılmış sorğuda ən yaxşı futbolçu adına layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
 
Götse “Real Sosyedad”la keçirilən ev oyununda (2:2) 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Avroliqada həftənin ən yaxşı oyunçusu adına Deklan Rays ("Vest Hem", İngiltərə), Viktor Osimhen (“Napoli”, İtaliya) və Xuanmi ("Betis", İspaniya) də namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest