Futbol üzrə İspaniya La Liqasında 6-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
Lider “Real” bu turda “Malyorka”nı sınağa çəkib. Madrid təmsilçisi bu oyunda darmadağına sevinib.
 
“Espanyol” “Alaves”i, “Vilyarreal” “Elçe”ni məğlub yola salıb. 
 
Mövsümə uğursuz start verən “Valensiya” isə “Sevilya” səfərinə yollanıb. Dörd qolun qeydə alındığı bu oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
İspaniya La Liqası
6-cı tur
21 sentyabr
 
Xetafe – Atletiko 1:2
Qol: Mitroviç, 45 – L.Suares, 78; 90.
 
Atletik – Rayo Valyekano 1:2
Qol: Siss, 33-öz qapısına – A.Qarsiya, 5. Falkao, 90+6.
 
Levante – Selta 0:2
Qol: Aspas, 66. B.Mendes, 85.
 
22 sentyabr
 
Sevilya – Valensiya 3:1
Qol: P.Qomes, 3. Lato, 15-öz qapısına. Mir, 22 – Duro, 31.
 
Espanyol – Alaves 1:0
Qol: De Tomas, 54-pen.
 
Vilyarreal – Elçe 4:1
Qol: Pino, 5. Triqeros, 39. Danjuma, 60. Moreno, 90+4 – Mojika, 19.
 
Real – Malyorka 6:1
Qol: Benzema, 3; 78. Asensio, 24; 29; 55. İsko, 84 – K.İ.Li, 25.
 
23 sentyabr
 
21:30 Qranada – Real Sosyedad
21:30 Osasuna – Betis
00:00 Kadis – Barselona
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest