"Qalatasaray" klubunda son 4 mövsümdə bir çox uğura imza atan və rekordlar qıran baş məşqçi Okan Buruk "sarı-qırmızılılar"ın tarixinə düşüb.
"Qalatasaray" klubunda son 4 mövsümdə bir çox uğura imza atan və rekordlar qıran baş məşqçi Okan Buruk "sarı-qırmızılılar"ın tarixinə düşüb. Təcrübəli mütəxəssis İstanbul təmsilçisinin rəhbərliyi altında fəaliyyət göstərdiyi müddətə görə yeni bir rekorda imza atıb.
Matc.az xəbər verir ki, bu barədə "Sporarena" nəşri məlumat yayıb.
Bildirilir ki, 23 iyun 2022-ci il tarixində komandanın sükanı arxasına keçən Buruk klubun başında 1481 günə çatıb. O, bununla da 22 dekabr 2017 - 10 yanvar 2022-ci illər arasında 1480 gün "Qalatasaray"ı çalışdıran Fatih Terimi geridə qoyub. Beləliklə, Okan Buruk "sarı-qırmızılılar"da tək bir dönəmdə ən uzun müddət baş məşqçi olan şəxs kimi tarixə keçib.
Buruk ötən 2025-2026 mövsümündə qazanılan çempionluqla üst-üstə dördüncü dəfə ölkə çempionatının qalibi olub və bu göstəricidə də Fatih Terimin rekordu ilə bərabərləşib.
Hazırda klubdakı 5-ci mövsümünə hazırlaşan çalışdırıcı indiyə qədər komanda ilə 4 Superliqa, bir Türkiyə kuboku və bir TFF Superkuboku olmaqla ümumilikdə 6 kubok qazanıb. "Qalatasaray"ın başında 203 rəsmi matça çıxan mütəxəssis bu görüşlərdə 144 qələbə, 28 bərabərlik və 31 məğlubiyyət sevinci yaşayıb.












