"Çelsi"nin 22 yaşlı yarımmüdafiəçisi Andrey Santos "Mançester Yunayted"ə keçib. Braziliyalı futbolçunun transferi artıq rəsmiləşib.
Matc.az xəbər verir ki, bu barədə "Mançester Yunayted" klubu rəsmi saytında məlumat yayıb.
Bildirilir ki, tərəflər 2031-ci ilə qədər qüvvədə olacaq və müddəti uzadıla biləcək müqavilə imzalayıblar. Daha əvvəl mətbuatda bu keçidin maliyyə tərəfi ilə bağlı yayılan xəbərlərə görə, transfer müqaviləsinin məbləği 50 milyon funt-sterlinq (58,5 milyon avro) təşkil edəcək.
Qeyd edək ki, Santos 2023-cü ilin yanvarından "mavilər"in uğurları üçün çalışırdı. O, ötən mövsüm bütün turnirlərdə 43 matçda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yaddan qalıb.
"Transfermarkt" portalında gənc yarımmüdafiəçinin hazırkı bazar dəyəri 40 milyon avro qiymətləndirilir.












