Xorvatiya millisi Slaven Biliçin baş məşqçi postuna təyin olunduğunu elan edib. O, bir müddət əvvəl istefaya göndərilən Zlatko Daliçi bu vəzifədə əvəzləyib.

Matc.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Slaven Biliç daha əvvəl 2006-2012-ci illərdə də Xorvatiya millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 2008-ci il Avropa çempionatının 1/4 finalına qədər irəliləyib.

Biliçin son iş yeri 2024-cü ildə ayrıldığı Səudiyyə Ərəbistanının "Əl-Fateh" klubu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest