“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Kayrat” klubunda baş məşqçi Kurban Berdıyevlə futbolçular arasında narazılıq yaranıb. Matc.az xəbər verir ki, bu barədə Rusiyanın “Championat” nəşri məlumat yayıb.
 
Xəbərdə, oyunçuların Berdiyevin müdafiə futbolu oynatmasından narazı olduğu bildirilib:
 
“Berdiyevdən daha çox şey gözlənilirdi. O, müdafiə futbolu oynadır və bu, oyunçuların narazılığıyla qarşılanır”.
 
“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində oktyabrın 24-də Bakıda “Kayrat”la qarşılaşacaq.
 
Ağdam təmsilçisi yer aldığı A qrupunda 4 xalla liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest