Türkiyə kubokunda 2 oyun keçirilib. Matç.az xəbər verir ki, 1/8 final mərhələsi çərçivəsində ilk oyunlar başa çatıb və cavab görüşlərinə start verilib.

Təxirə salınmış ilk matçda “Qalatasaray” “Boluspor”un qonağı olub. İstanbul klubu səfərdən minimalhesablı qələbə ilə qayıdıb.

“Akhisar” isə “Kayserispor” səddini keçib. Evdə qolsuz heç-heçəyə imza atan akhisarlılar ilk görüşdəki qələbə sayəsində ¼ finala adlayıb.

Türkiyə kuboku

1/8 final

22 yanvar

İlk oyun

“Boluspor” – “Qalatasaray” – 0:1

İnan, 42-p.

Cavab oyunu

“Akhisar” – “Kayserispor” – 0:0

İlk oyun – 2:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest