Yerli mətbuata açıqlamasında Türkiyə Superliqasının XVIII turunda "Fənərbaxça" ilə keçirilən matçı (1:1) dəyərləndirən bursalıların rəhbəri "Neftçi" ilə əməkdaşlığa da toxunub. O, gələcəkdə qarşılıqlı transferlərin baş tutacağını istisna etməyib.

"Neftçi" və "Bursaspor" klubları arasında imzalanan qardaşlıq və strateji əməkdaşlıq müqaviləsi transfer məsələlərinə də təsir edə bilər. Matç.az saytı xəbər verir ki, bunu "Bursaspor"un prezidenti Ali Ay deyib.

Yerli mətbuata açıqlamasında Türkiyə Superliqasının XVIII turunda "Fənərbaxça" ilə keçirilən matçı (1:1) dəyərləndirən bursalıların rəhbəri "Neftçi" ilə əməkdaşlığa da toxunub. O, gələcəkdə qarşılıqlı transferlərin baş tutacağını istisna etməyib.

O, "Neftçi" ilə münasibətlərinin bundan sonra daha yaxşı şəkildə davam edəcəyini vurğulayıb: "Futbol artıq sənayə halına gəlib. Məqsəd hər iki komandanı daha çox tanıtmaq və sponsorlarımızı artırmaqdı. Transfer məsələlərinə sonra baxacağıq. Onlar bizim futbolçularımızı izlədilər. Amma biz onların oyunçularını hələ görməmişik. Biz Azərbaycana gedəcəyik, onlar Türkiyəyə gələcəklər. İki klub arasında əlaqələri möhkəmlədəcəyik".

Qeyd edək ki, "Neftçi" rəhbərliyi əməkdaşlıq müqaviləsindən bir gün əvvəl "Fənərbaxça" ilə görüşü tribunadan izləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest