Fransanın “Olimpik” (Lion) klubunun bir azarkeşi həbs olunub. Matc.az xəbər verir ki, Marsel “Olimpik”i ilə Liqa 1 matçında rəqib komandanın yarımmüdafiəçisi Dmitri Payetə su şüşəsi atan və oyunun yarımçıq dayandırılmasına səbəb olan fanat 6 aylıq həbs olunub.
 
Bu barədə “RMC Sport” telekanalı məlumat yayıb.
 
Bununla yanaşı, azarkeşin Lion klubunun stadionuna getməsinə 5 illik qadağa qoyulub. Fanat 3 min avro məbləğində də cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest