Futbol üzrə İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Bertolaççi Türkiyənin "Fatih Karagümrük" klubundan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
30 yaşlı futbolçu karyerasını Türkiyənin digər klubu "Kayserispor"da davam etdirəcək. Bertolaççi yeni klubu ilə 2.5 illik müqavilə bağlayacaq.
 
Bertolaççi 2020-ci ilin dekabrından "Fatih Karagümrük"də forma geyinirdi. O, bu mövsüm Türkiyə Super Liqasında meydana çıxdığı 15 oyunda 7 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest