"Olimpik Marsel"də icarə əsasında oynayan Matteo Qenduzinin də yayda birdəfəlik alınması variantında da problem olmayacaq. Çünki müqavilə artıq iki klub arasında razılaşdırılıb"

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Olimpik Marsel" "Arsenal"ın müdafiəçisi Sead Kolaşinats ilə güclənməyə yaxındır. Matc.az xəbər verir ki, "Arsenal" üzrə ixtisaslaşmış jurnalist Konnor Hamm öz "Twitter" hesabında məlumatı təsdiqləyib. 
 
"Sead Kolaşinats Marselə transferini başa vurmağa yaxındır. Fransızlara tətbiq olunan transfer sanksiyaları da Kolaşinatsın bu yanvar pəncərəsində keçidinə təsir etməyəcək. "Olimpik Marsel"də icarə əsasında oynayan Matteo Qenduzinin də yayda birdəfəlik alınması variantında da problem olmayacaq. çünki müqavilə artıq iki klub arasında razılaşdırılıb".
 
28 yaşlı bosniyalı Kolaşinatsın hətta "Arsenal" tərəfindən sərbəst buraxıla biləcəyi və müdafiəçinin maaşını yarıya endirməyə hazır olduğu bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest