Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qarabağ" –"Arsenal" görüşündən öncə mətbuat konfransı və son məşqlərin vaxtı bəlli olub. Matç.az saytı xəbər verir ki, əvvəlcə Azərbaycan çempionunun çalışdırıcısı Qurban Qurbanov jurnalistlər önünə çıxacaq.

O, sabah 14:00-da Bakı Olimpiya Stadionunun (BOS) konfrans zalında media mənsublarının suallarını cavablandıracaq. Ağdamlıların son məşqi 19:30-da Suraxanı qəsəbəsində yerləşən bazada baş tutacaq.

"Arsenal"ın çalışdırıcısı Unay Emeri isə 18:00-da BOS-da görüşlə bağlı fikirlərini bildirəcək. Bundan yarım saat sonra "topçular" oyunöncəsi son məşqə çıxacaq.

 

Qeyd edək ki, "Qarabağ" – "Arsenal" matçı oktyabrın 4-də Bakı Olimpiya Stadionunda oynanılacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest