Bu gün Yüksək Liqada XVI turun oyunları keçirilib. Matc.az xəbər verir ki, tura "Araz" – "Xəzər Cənub" qarşılaşması ilə start verilib.

Oyun kifayət qədər maraqlı və gərgin keçib. 53-cü saniyədə hesabı açan "Araz" sonrakı dəqiqələrdə hesabda geri düşsə də, fasiləyə saniyələr qalmış status-kvonu bərpa edib.

İkinci hissədə son çempion rəqib torunu silkələsə də qələbəni final fitinə 19 saniyə qalmış əldən verib.

İkinci oyunda "Neftçi" aşkar favorit hesab edilsə də, xeyli əziyyət çəkib. Hacıbala Abdullazadənin yetirmələri fasiləyə qədər rəqib torunu cəmi bir dəfə silkələyib.

Halbuki, autsayder də qol vurmaq imkanı əldə etmişdi. İkinci hissədə komandalar hərəyə iki top vursa da, "Neftçi" qələbə hesabını qoruyub.

XVI turunun son oyunu baş tutmayıb. Buna səbəb "Yasamal" MFK-nın oyuna gəlməməsidi. Qarşılaşmanın nəticəsi ilə bağlı İntizam Komitəsi qərar verəcək.

Yüksək Liqa

XVI tur

4 fevral

Araz – Xəzər Cənub - 3:3

Qollar: İ. Atayev, 0:53,19:58, A. Mikaeli, 31:38 // İ. Surqalı, 07:48, H. Rezvan, 09:31, N. İsmayılov, 39:41 (ö/q)

 

Bakı İdman Sarayı. Hakimlər: Azər Əsgərov, Azad Hüseynov, Vüsal Balaşov

Neftçi İK – Yasamal İSK - 3:3

Qollar: M. Katebi, 16:09, M. Nəcəf, 29:57, Oruc Baxşəlizadə, 35:45 // M. Eyniyev, 24:51, V. Səfərov, 39:36

Bakı İdman Sarayı. Hakimlər: Rahin Heybətov, Kənan Məlikov, Vüsal Balaşov

18:30. EKOL – Yasamal MFK - oyun baş tutmayıb

Bakı İdman Sarayı. Hakimlər: Anar Fərəcov, Mehman Mahmudov, İsgəndər Əliyev

â„–

Komanda

O

Q

H/H

M

T/F

X

1

Araz

14

9

4

1

106-32

31

2

Neftçi İK

14

10

0

4

69-39

30

3

EKOL

12

9

2

1

99-28

29

4

Xəzər Cənub

14

7

3

4

127-48

24

5

Yasamal MFK

13

4

1

8

70-61

13

6

Liman

13

2

0

11

40-136

6

7

Yasamal İSK

14

1

0

13

43-210

3

Bombaridlər: Hadi Rezvan ("Xəzər Cənub") – 45, Xətai Bağırov ("Araz"), Namiq Məmmədkərimov (EKOL) – 27 qol

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest